1 Eylül 2014 Pazartesi

Qum yağmuru...



Burda indi
yağışlar mövsümüdür, birdənəm...

mən
ən hündür
qum təpəsi üzərindən
ipək yaylıq yelləyirəm
gedən yayın arxasınca...


 günəşsizdi zaman,
aysızdı,
ulduzsuzdu...

dağlar da
qumdandı indi,
dənizlər də,
ağaclar da...

bir küləyə bənddi dünya -
ovulacaq,
bir ümidə bənddi zaman -
sovrulacaq...

qum rəngindədi buludlar,
qum tökülür kipriklərindən,
burda indi
yağışlar mövsümüdür, birdənəm...

bir sözə bəndəm -
ağlayacam...

Hiç yorum yok:

Yorum Gönder

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...