1 Eylül 2014 Pazartesi

Bəlkə



Başımı
azacıq sağa əyəcəm,
saçlarımı
verəcəm arxaya,
gözləyəcəm
boynumdan öpməyini..
sənin yox ki,
küləyin bəlkə…


kim bilir,
bəlkə heç alınmadım deyə,
bəlkə heç satılmadım deyə
dəyərimi
heç bir zaman bilməyəcəm..

əl işi olan,
itirilən,
unudulan,
bu dünyada
yalnız
bapbalaca bəbələrə görə qalan
gəlincikdim..

indi
xıncım-xıncım
sınıb tökülməkdəyəm əlində..

sənin yox ki,
taleyin bəlkə…

Hiç yorum yok:

Yorum Gönder

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...