1 Eylül 2014 Pazartesi

Qanadları ütülü...


Gecə uçan kəpənəklər
Ağca-ağca
Balışlara qonarlar
Uzun-uzun
Saçların arasında gizlənərlər.
Qarasında itərlər…

Qanadları nişastalı, ütülü…

Gecə uçan kəpənəklər
Xəfif mehdən uçunarlar,
Xəfif nəfəsdən də…

Divarlarda
Kölgələr sevişəcək,
TV ekranında
Fransız aktyorları…

Kəpənək öpüşü
Fransız öpüşündən
Daha isti,
Daha dadlı…

Gecə uçan kəpənəklər
Günəş gətirər qanadlarında…

Yaat…
Şirincə yat, canım…
Mən
Gedirəm
Kəpənək tutmağa…


Hiç yorum yok:

Yorum Gönder

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...