Ən uzaq sabahın
ən uzun anından
başlayır zaman...
və
sel kimi axıb da
aparır
hər şeyi
ən yaxın dünənin
ən qısa saatına ...
məni
səndən alacaq
bu gün,
səni məndən...
sonra
yol olacaq uzun
sonra
dəli savaşlar
sonra
yenə, yenə yol...
yalnız
qalib sərkərdənin
qadınına
baş əyəcək
dolanbaclar...
Get...
sən mənə
o ən uzaq sabahın
o ən uzun anından
bir içim
zaman fəth et,
gətir də
ovuclarında...
dodaqlarım
qurudu...
Hiç yorum yok:
Yorum Gönder