Mənim
səkkiz yaşım var.
Üçüncü
sinifdə oxuyuram.
Çoxdandır
ki, məktəbə gedə bilmirəm.
Son dəfə sinif yoldaşlarımla bir yerdə olmağım hələ də gözlərimin qabağındadır.
Son dəfə sinif yoldaşlarımla bir yerdə olmağım hələ də gözlərimin qabağındadır.
Müəlliməmiz
tort gətirmişdi.
Biz
hamımız təəccübqarışıq sevinc içindəydik.
Axı
müharibə gedirdi?!
Atalarımız
savaşdaydı.
Analarımızsa
çörəyi və qəndi göz bəbəyi kimi qoruyurdular.
Mən
özüm son dəfə tortu birinci sinfə getdiyim gün yemişdim.
Anam
bişirmişdi.
- Bəlkə
də xoşunuza gəlməz, amma mən çörək ovuntusu ilə taxta peçenyeləri
qarışdırmışam, alma cemi yaymışam aralarına, - dedi müəlliməmiz, - cemi,
peçenyeni sevirsiz yəqin.
- Bəəliii!
– biz xorla cavab verdik.
- Mən
də sizi sevirəm, - o, təbəssümlə dedi.
Gözləri
dolmuşdu.
Biz
bilirdik ki, onun nişanlısı bir ay əvvəl müharibədə həlak olub.
- Bu
gün bir qəhrəmanımızın ad günüdür, - dedi, - o, müharibəni sevmirdi, amma sizin
üçün, bizim üçün döyüşməyə hər zaman hazır idi və biz də onun kimi güclü
olmalıyıq, cəsur, mərd...Baxın, müharibə bitəcək...
...Hə,
o, belə dedi: Müharibə bitəcək...
Bu
sözlər mənim bu dünyada eşitdiyim son kəlmələr oldu.
Yox,
yalan deyirəm!
Bu kəlmələrdən
həmən sonra dəhşətli gurultu eşitmişdim.
Boommm!!!
Sonra
yer-göy susmuşdu.
Və
yer-göy qaranlığa qərq olmuşdu.
Sonra
nələr olub, bilmirəm.
Bitmək-tükənmək
bilməyən ağrılar qalıb yadımda.
Bitmək-tükənmək
bilməyən toxunuşlar.
Bitmək-tükənmək
bilməyən səssizlik və qaranlıq.
Yadımdadır,
ilk dəfə ağrılardan qıvrılıb ağladığım zaman özüm öz səsimi eşitməyib
qorxmuşdum.
Bağırmağa
başlamışdım.
Anamı
çağırmışdım.
Atamı.
Müəlliməmi...
Səssizlikdən
və qaranlıqdan başqa heç nə yox idi daha.
Amma
mən hər şeyi hiss edirdim.
Mənə
vurulan iynələri.
Mənə
toxunan, məni ora-bura dartan, itələyən, sürüyən adamları.
Məni
geyindirən və məni soyunduran əlləri...
Bəzən
onlardan sonra ağrıdan sızıldayan vücudumu öz əllərim də sığallayır.
Yox,
bu əllər mənim deyil, anamındır!
Bu bədən
də anamındır!
Bu
qollar, bu sinə, bu ayaqlar...
Mən
belə böyük ola bilməzdim axı?!
Hətta
qarnım da böyüyüb.
İçimdə
nəsə tərpənir, hiss edirəm.
Qarnım
böyüdükcə mənə toxunanlar azalıb elə bil.
Hərdən
məni qalın geyindirirlər.Əlimdən tutub, məni maşına oturdurlar, harasa gedirik.
Sonra
məni bir divarınmı, hasarınmı yanında əyləşdirib, çəkilirlər.
Çəkilmədən
öncə sağ əlimə bir dəftər vərəqi verirlər, sol əlimi isə açıb dizimin üstünə
sıxırlar.
Hərdən
ovcumun içinə qoyulan buz kimi dəmir dairələri hiss edirəm.
Hərdən
üstümə yağış yağır.
Üşüyürəm.
Hərdən
də ağır kişi çəkmələrinin zərbələrini hiss edirəm canımda.
Belə
vaxtlarda sol əlimdən dəmirləri, sağ əlimdən dəftər vərəqini tullayıb, qarnımı
qucaqlayıram.
Sanki
içimdə də bapbalaca ayaqlar var, onlar da vurur məni, vurur...
Anamı
istəyirəm...
Atamı.
Müəlliməmi.
Ağlayıram.
Gözləyirəm.
Müharibə
bitəcək...
Bitəcək,
bilirəm!
Hiç yorum yok:
Yorum Gönder