23 Eylül 2014 Salı

Minnacık kadın...( Mavi gözlü Dev için)

O minnacık bir kadındı,
Seven bir Deve aldandı,
Devin hayali büyük bir ummandı,
Sahilinde dağ başlayan,
Kayalı,
Taşlı,
Mavi gözlü bir umman…

21 Eylül 2014 Pazar

Qısqanclıq

Sən olan şəhərdə 
bütün qadınları öldürmək istəyirəm,
kimsə səninlə tanqo oynamasın,
kimsə sarılmasın boynuna,
kimsə öpməsin barmaqlarını...

Sən olan şəhərdə
bütün qadınlar vəfasız olsun, deyirəm,
hamısı ərini aldatsın,
hamısı girsin min-bir oyuna,
hamısı sol yana atsın ayaqlarını...

2 Eylül 2014 Salı

Müharibə bitəcək



Mənim səkkiz yaşım var.
Üçüncü sinifdə oxuyuram.
Çoxdandır ki, məktəbə gedə bilmirəm.
Son dəfə sinif yoldaşlarımla bir yerdə olmağım hələ də gözlərimin qabağındadır.
Müəlliməmiz tort gətirmişdi.
Biz hamımız təəccübqarışıq sevinc içindəydik.
Axı müharibə gedirdi?!
Atalarımız savaşdaydı.
Analarımızsa çörəyi və qəndi göz bəbəyi kimi qoruyurdular.
Mən özüm son dəfə tortu birinci sinfə getdiyim gün yemişdim.
Anam bişirmişdi.

1 Eylül 2014 Pazartesi

Bilirəm



Üç dəfə
şumlanmış
tarla boyunca
yürü mənimlə..

Bədirlənmiş Ayın nuru
əynimizə biçilmiş də
bu gecə...
ayaqlarımız yalın,
vücudumuz
arfa simi..
Küləklər
üstümüzə toxunub da
keçməkdə..

Bir ovuc zaman



Ən uzaq sabahın
ən uzun anından
başlayır zaman...

sel kimi axıb da
aparır
hər şeyi
ən yaxın dünənin
ən qısa saatına ...


məni
səndən alacaq
bu gün,
səni məndən...

Bəlkə



Başımı
azacıq sağa əyəcəm,
saçlarımı
verəcəm arxaya,
gözləyəcəm
boynumdan öpməyini..
sənin yox ki,
küləyin bəlkə…


kim bilir,
bəlkə heç alınmadım deyə,
bəlkə heç satılmadım deyə
dəyərimi
heç bir zaman bilməyəcəm..

Gələn dəfə yaşamaqçın



sol əlimin içində
ömür xətti
qırıq-qırıq,
haça-haça...

baş xəttinin sonundasa
ulduz yanır
tam
Saturn barmağının altındaca...

budur,
bu da ürək xətti-
iki yerə bölünmüş,
iki eşqin
biri Yerin,
biri isə Göyünmüş...

Həmin gün



Həmin gün
bu balaca şəhərin
kibrit-kibrit daxmalarında
işıqlar daha gur yansın
istəyirəm,
insanlar daha gümrah oyansınlar,
pəncərələr daha geniş açılsın
ümidlərə... 


Qanadları ütülü...


Gecə uçan kəpənəklər
Ağca-ağca
Balışlara qonarlar
Uzun-uzun
Saçların arasında gizlənərlər.
Qarasında itərlər…

Qanadları nişastalı, ütülü…

Gecə uçan kəpənəklər
Xəfif mehdən uçunarlar,
Xəfif nəfəsdən də…

Qum yağmuru...



Burda indi
yağışlar mövsümüdür, birdənəm...

mən
ən hündür
qum təpəsi üzərindən
ipək yaylıq yelləyirəm
gedən yayın arxasınca...


Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...