Hər
şey uyğun gəlir... Hamiləliyin ilkin əlamətlərinin hamısını görürəm özümdə.
Artıq neçə gündür səhərlər güclü ürəkbulanması hiss edirəm. Döşlərim şişib,
toxunanda ağrayır. Qarnımın aşağısında da küt ağrılar var. Bu, böyüməkdə olan
rüşeymə uyğun olaraq uşaqlıq divarlarının dartılıb genişlənməsi deməkdir...
Mən onun atasını taparam, mütləq taparam...Ola bilməz ki, bu uşaqdan imtina eləsin.
Düzdür, o, tək deyildi...Onlar bir dəstə idilər. Gecənin qaranlğında bir yerdə
gəzən quduz, yiyəsiz küçə itləri kimi cumdular üstümə...
Heç vaxt unutmayacağam o gecəni, heç vaxt...
Nə olsun ki, hər şey o köhnə beşmərtəbəli binanın arxasında baş verdi? Nə olsun ki, yaxınlıqdakı zibil çənlərinin üfunət qoxusu beynimi uğuldadırdı? Nə olsun ki, onlar bir dəstəydilər?..
Mən ilk toxunuşu hiss elədim. Çox güclü əllər idi məni soyunduran. Üstunə uzandığım betonun soyuğu hələ canımda...O, vəhşi kimiydi...söyuş söyürdü...mən saçlarını oxşamaq istədim...qoymadı...
Heç vaxt unutmayacağam o gecəni...heç vaxt...
O, üstümdən qalxıb əynini düzəltdi və yanında dayanmış yoldaşlarına başıyla ''olar'' işarəsi verdi. Üstümdə dava düşdü. Bir qadına görə bir-birini biçaqla hədələyən erkəkləri kim görüb? Mən nə vaxtsa televizorda seyr etmişdim belə bir səhnəni. ''Heyvanlar aləmi'' verilişində. Oradakı erkək dağ keçiləri dişi dağ keçisiylə cütləşmək uğrunda bir-birini buynuzlayıb öldürürdülər. Bəlkə o vaxt gizli bir həsəd duymuşdum o dişi dağ keçisinə, mənə görə də erkəklərin bir-birini öldürmələrini istəmişdim...
Artıq heç nə hiss etmirdim. Nə üstümdəki ağırlıqların tez-tez dəyişməsini, nə altımdakı betonun soyuğunu.
Sonra...sonra əclaflar təpikləməyə başladılar məni...sonra üstümə siydilər...Üzüm, saçlarım, paltarlarım hələ də sidik qoxuyur...
Küçə usşaqlarıydı onlar da...mənim kimi evsiz, kimsəsiz, ac, quduz...
İndi hamiləyəm.
Tək bu hissə görə dəyərdi o gecəni yaşamağa.

***

Üzüm, saçlarım yanmaqda...Mənsə uzandığım yerdən tərpənmək belə istəmirəm. Tərdən islanmış saçlarımın arasından od yağan səmanı süzür, gülümsəyirəm...
Bu nədir?
Səmanın qarşısını kiminsə siması kəsdi. Qarayanız, zərif bir qızdır. Elə qarayanız, zərif səsiylə də soruşur:
-Nənə, sizə kömək lazımdı?
Mən gülümsəyirəm. Ürəyim dəhşətli dərəcədə bulanır...
-Mən hamiləyəm,-pıçıldayıram.
-Nənə...-qarayanız zərif səs birdən qırılır.
-O, sənin nənəndir?-qara, kobud kişi səsi də eşidilir,-Bilmirdim nənən “BOMJ”dur, özü də gömgöy, can verir, gəl görüm...
...Daha kimsənin səsini eşitmirəm.
Adamlar yanımdan etinasız ötüb keçirlər. Elə maşınlar da.
Əgər it ölüsü olsaydım, bu qədər laqeyd olmazdılar mənə qarşı, deyilmi?
Mənsə it ölüsü deyiləm.
Hamiləyəm...
Hiç yorum yok:
Yorum Gönder