26 Mart 2018 Pazartesi

Nağıl


Biri vardı,
Biri yoxdu,
Bir qapıydı, bir yuxuydu, bir də sən,
Gəlirdinmi, gedirdinmi, bilmədim.
Bir nağıldı,
Bir şeirdi,
Bir dünyaydı, göydə Tanrı, yerdə Sən.
Bilirdinmi, sevirdinmi…bilmədim.


Bir ağacdı,
Üç almaydı,
Beş günlükdü ömrün bizə düşəni,
Qorumadıq, yaşamadıq, dadmadıq.
Bir yasaqdı,
Üç istəkdi,
Beş andaca diddilər bir-birini,
Ayırmadıq, qarışmadıq, tutmadıq.

Bir adamdı,
Bir qadındı,
Bir sevgiydi ney səsinə boyanmış,
Aynalarda başqa rəsm vardımı?
Bir meh əsdi,
Bir ney susdu,
Aman, Tanrı, kim yuxudan oyanmış?
Kimdi gələn? Kimdi gedən? Yardımı?..


Hiç yorum yok:

Yorum Gönder

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...