Yağışın altında
Köhnə bir adam dayanıb,
Çətirini evində unutmuş,
Evini yuxusunda.
Dimdikli papaq var başında.
Adam
Hardasa 60, ya da 65 yaşında.
Paltosu haçansa sobaya yapışıb, yanıb.
Əlcəksiz əllərini
60, ya da 65 manat gizlətdiyi ciblərində tutmuş,
Yağışın altında,
Ömrün yarıdan çoxu tərəfdə
Bütün ümidlərini atdığı üçün ağlayır.
Bir də, bu səhər pianosunu satdığı üçün...
Barmaqları üşüyür adamın,
Nə pis üşüyür...
Köhnə bir adam dayanıb,
Çətirini evində unutmuş,
Evini yuxusunda.
Dimdikli papaq var başında.
Adam
Hardasa 60, ya da 65 yaşında.
Paltosu haçansa sobaya yapışıb, yanıb.
Əlcəksiz əllərini
60, ya da 65 manat gizlətdiyi ciblərində tutmuş,
Yağışın altında,
Ömrün yarıdan çoxu tərəfdə
Bütün ümidlərini atdığı üçün ağlayır.
Bir də, bu səhər pianosunu satdığı üçün...
Barmaqları üşüyür adamın,
Nə pis üşüyür...
Çətirini evində unutmuş, Evini yuxusunda...
YanıtlaSil