18 Ocak 2015 Pazar

İki fincan çay

İki yarımcan adam,
iki yarım ömrünü yaşamış şəxs yəni,
mən deyirəm, siz də görün:
oğlan Qarabağ savaşçısı olmuş,
qız Qarabağ qaçqınlarını qarşılamış ilk gəncliyində yəni.
İki fincan çay soyuyur qarşılarında,
İki kəlmə danışmayıblar hələ,
iki yarım saat keçib kafenin açılmasından.
iki adam donub baxırıq onlara-
mən və gənc ofisiant.


mən, yəni bu sətirləri yazan,
ofisiant, yəni o çayları hazırlayan...
iki göz borc almışıq bir-birimizdən,
iki saatdı baxırıq iki adama...
İki eşqin
bir ayrılığı ağrıyır aralarında,
iki göz istəyir, ağlasın...

Hiç yorum yok:

Yorum Gönder

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...