8 Ekim 2018 Pazartesi

Sənsə elə ağla ki...

Mənsə elə bilirdim
Sən həmişə pianoda çalacaqsan,
Mən həmişə saçlarımı hörəcəm.
Sən həmişə...
Sən həmişə...
... yanımda olacaqsan.

Gətir qoy əllərini mətbəx masası üstünə,
Gətir qoy əllərini mətbəx bıçağı altına,
Gətir qoy barmaqlarını kəsim, kəsim, kəsim...
Saçlarıma qarışsın döşəmədə, ağrısın,
Sənsə elə ağla ki...
Sənsə elə ağla ki...
... dodaqlarım qanasın...

Hiç yorum yok:

Yorum Gönder

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...