15 Ekim 2017 Pazar

Əfv

Sən də mənə daş atmısan,
sən də!
Bax,
barmaqların hələ də ağrıyır,
əllərin bulaşıq, qara,
gözlərinin hər giləsində
bir damla qan şəkli donub.


Üç il əvvəl,
beş il əvvəl,
nə fərqi var, haçan,
necə, nədən olub?

Üzülmə!
Üzünə durub əllərin, bilirəm,
o sevdiyim əllərin -
...daş bulaşıqlı,
saçlarım rəngli...

Gəl,
gəl öpüm gözlərini,
dodaq boyamda gizlənsin
günahın.

Hiç yorum yok:

Yorum Gönder

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...