18 Şubat 2015 Çarşamba

Sən bilmədin ki...

Sən
mənim yurdumu
 heç görmədin ki,
sən heç gəlmədin ki,
heç bilmədin ki
burda zaman-zaman
 dəli küləklər
səndən çox,
səndən xoş əzizlər məni,
elə öz dilimdə nəğmə söyləyər:
- Tı çımı coniş...
( canımsan yəni...)

 Sənə danışımmı bizim dənizdən?
Deyimmi kişilər ayrıca çimər,
qadınlar ayrıca, həm də ki donla..?
Dalğalar qırçınlı,
donum qırçınlı...
Neptunun ən dəli, ən çılğın oğlu
sarıb qucaqlayar məni belimdən,
- Mənim ol, mənim ol, ey Talış qızı...
sivişib çıxaram barmaqlarından,
 gülüşüm
ilişib qalacaq elə
o qalın, o isti dodaqlarında...
dilim çaşıb yenə düzünü deyər:
- Iştı nim...
(Yəni ki, sənin deyiləm...)


Səni xatırladar Günəş hər axşam
Dağlara dağ çəkib gizlənməsiylə,
Səni tapşıraram qədim ruhlara,
qanımda,genimdə, zehnimdə qalan
min illər əvvəlki həyatımdakı
ən məhrəm duamı
pıçıldayaraq:
-Xıdooom, çımı coni
Hodika ım şəv...
(Tanrım, bu gecə də
Canımı hifz et...)


Ehh,
sən gəlmədin ki,
sən bilmədin ki
“Tı çımı coniş...”

4 yorum:

  1. harikaaaaaaaaaaaaaaaaaaaaaaa

    YanıtlaSil
  2. Ulviyyet xanim1 Haziran 2015 05:02

    Ti cimi conish... Ne gozel yazilib,Cavidan xanim.
    Dağlara dağ çəkib gizlənməsiylə, Səni tapşıraram qədim ruhlara, qanımda,genimdə, zehnimdə qalan min illər əvvəlki həyatımdakı ən məhrəm duamı pıçıldayaraq:

    YanıtlaSil
  3. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...