10 Mayıs 2015 Pazar

Başqa bir şeir

Orda, üfüqlərin o tərəfində
Başqa bir Günəş var.
Başqa bir dənizin dalğalarında
Başqa bir səhər üçün oyanar.

Orda, üfüqlərin o tərəfində
Başqa adamlar
Başqa şəhərlərin səhərlərinə
Başqa yuxulardan boylanar.

Orda, üfüqlərin o tərəfində
Başqa bir qadın
Başqa bir otaqda, başqa yataqda
Başqa şeir yazar, günəşli, aydın...

4 yorum:

  1. Úlviyyet xanim1 Haziran 2015 05:42

    Sizin yazdiqlariniz da gineshli ,aydindi,Cavidan xanim. Guneshi cox sevirsiniz,butun yazdiqlarnizda onun adi kecir,onun shefeqleri duyulur...

    YanıtlaSil
  2. Çox sağ olun, Ülviyyət xanım, Günəşsiz olmayın!

    YanıtlaSil
  3. Allah bizi guneshsiz qoymasin

    YanıtlaSil

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...