25 Ekim 2014 Cumartesi

...getmək...

Bu soyuq,
bu dəli
yağışın altda
gözünü qırpmadan yerimək,
uzaqlara,
uzaqlara getmək gərək…


Saçlarım donuma,
donum bədənimə
yapışanadək.
özüm bu yağışa
qarışanadək
getmək,
getmək…
İlahi!
Sənin göz yaşın boyda
bir damlaya dönmək…

geri dönməmək…
geri dönməmək…

3 yorum:

  1. Gəlişin bayram idi,
    Gedişin islaq - islaq....
    E. Cabay

    YanıtlaSil
  2. bu gün
    payız kimi soyuğam
    payız kimi məğlub...
    yarpaq-yarpaq tərk edirsən məni...
    damla-damla gedirəm səndən...

    mənə toxunma...
    üşüyərsən...

    YanıtlaSil
  3. Gozlerine baxdiqca
    buz kesilir nefesim

    Senin gedisin payiz...
    menimki qis olacaq
    bembeyaz qis renginde
    elbiseme burunmus

    Toxunma mene
    sen de ölersen..

    E. C

    YanıtlaSil

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...