8 Ekim 2018 Pazartesi

Sənsə elə ağla ki...

Mənsə elə bilirdim
Sən həmişə pianoda çalacaqsan,
Mən həmişə saçlarımı hörəcəm.
Sən həmişə...
Sən həmişə...
... yanımda olacaqsan.

23 Temmuz 2018 Pazartesi

Yazı anı

Və elə bir vaxt gəlir ki, bədii mətndən başqa heç nə yazmaq istəmirsən artıq. Eynilə ilk dəfə yazmağa başladığın zamanlardakı kimi. Nə başqa yazanlar yadına düşür, nə yazdıqlarını oxuyacaq adamları düşünürsən, nə də qonorar, reklam, satış, şöhrət, hörmət və s. Sadəcə yaratmaqda olduğun dünyanın içinə qərq olub zamandan, məkandan, insandan kənar bir hal alırsan. Nirvana? Bəlkə də. Vaxt yoxdur. Yer yoxdur. Heç kim yoxdur. Bitməz-tükənməz bir AN var. Yazı anı.

12 Nisan 2018 Perşembe

Ədəbiyyat agentim olsa


Ədəbiyyat agenti və ya ədəbi agent - yazıçı ilə nəşriyyat arasındakı vasitəçidir.
O, kitab bazarından baş çıxaran, nəşriyyatların iş keyfiyyətini tanıyan, müasir yerli və dünya ədəbiyyat zövqünün və dəbinin incəliklərini öyrənən şəxsdir.
Ədəbi agent kitab biznesinin döyünən ürəyidir, desək, yanılmarıq.

8 Nisan 2018 Pazar

Yuxumdakı o adam


Azərbaycan Yazıçılar Birliyinə sənədlərimi apardığım ilk gündə qarşılaşdığım ilk adamı təsvir etmək istəyirəm. Zatən o adam obraz olaraq yaddaşıma elə həkk olundu ki, indi fürsətkən, barəsində yazmasam, nə zamansa hansısa bədii mətnimin içərisində mütləq qəfil qarşıma çıxacaq. Elə AYB-də üzbəüz gəlib az qala toqquşduğumuz kimi.
Və mən görəcəyəm ki...

26 Mart 2018 Pazartesi

Nağıl


Biri vardı,
Biri yoxdu,
Bir qapıydı, bir yuxuydu, bir də sən,
Gəlirdinmi, gedirdinmi, bilmədim.
Bir nağıldı,
Bir şeirdi,
Bir dünyaydı, göydə Tanrı, yerdə Sən.
Bilirdinmi, sevirdinmi…bilmədim.

Ən yeni yazı

Sənsə elə ağla ki...

Mənsə elə bilirdim Sən həmişə pianoda çalacaqsan, Mən həmişə saçlarımı hörəcəm. Sən həmişə... Sən həmişə... ... yanımda olacaqsan.